Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri 2020-ci ilin noyabr ayından Azərbaycanda saxlanılan livanlı erməni Vigen Eulçekcyana baş çəkiblər.
Bu barədə “Lurer”ə Qırmızı Xaç Komitəsinin Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni məlumat verib.
O bildirib ki, səfər zamanı BQXK nümayəndələri Eulçekjyan ilə təkbətək söhbət ediblər, ona ailə üzvləri ilə telefonla əlaqə saxlamaq imkanı verilib.
Qeyd edək ki, Bakı əsir götürüldükdən sonra Eulçekcyanı 20 il müddətinə azadlıqdan məhrum edib. Bir neçə gün əvvəl sosial şəbəkələrdə və mətbuatda Vigen Eulçekcyanın Bakı həbsxanasında öldürüldüyü barədə məlumat yayılmışdı.