Azərbaycan Artsaxı Ermənistanla birləşdirən yolu bağladıqdan sonra uzun müddət Artsax xalqı müxtəlif ehtiyaclar üçün Artsaxdan Ermənistana getmək imkanından məhrum oldu.
İnsanların həyatında daim yaranan problemləri və gərginliyin artmasını nəzərə alaraq, son günlər Rusiya sülhməramlıları vaxtaşırı bu cür problemlərlə üzləşən vətəndaşları Artsaxdan Ermənistana daşımağa başlayıblar.
Bu barədə Artsax dövlət naziri Qurgen Nersisyanın Facebook səhifəsində məlumat yayılıb.
“Yuxarıda göstərilən prosesi nəzarətdə saxlamaq və yolun bağlanmış hissəsində vətəndaşlarımızı azərbaycanlıların mümkün təxribatlarından qorumaq üçün Artsaxdan Ermənistana gətməyə mütləq zərurət yaranarsa, təbii ki, Rusiya sülhməramlıları vasitəsilə yalnız əvvəlcədən müraciət etməklə getmək mümkün olacaq.
Sağlamlıq problemləri olan və tibbi yardıma ehtiyacı olan şəxslərə gəlincə, onların Ermənistana köçürülməsi Artsax Səhiyyə Nazirliyinin göstərişi əsasında Beynəlxalq Qızıl Xaç Komitəsinin Artsax nümayəndəliyi vasitəsilə təşkil olunacaq”,-məlumatda deyiir.
Həmçinin qeyd olunub ki, Rusiya sülhməramlıları tərəfindən Artsax sakinlərinin təxliyyəsi və ya çoxlu sayda Artsax sakininin Ermənistana köçürülməsi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil.