Aprelin 4-də saat 23:40-da Artsax polisinin əməkdaşlarına bildirilib ki,Rusiya sülhməramlılarının müşayiəti ilə Goris şəhərindən Stepanakertə mülki şəxsləri (o cümlədən qadınlar, uşaqlar və qocalar) apararkən Şuşi şəhəri yaxınlığında azərbaycanlılar maşını durdurub, onların girişinə maneə törədiblər. Bu barədə Artsaxın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində Artsaxdan olan 4 qadının səhhəti pisləşib. Sülhməramlılar təcili tibbi yardım maşını ilə onları “Respublika Tibb Mərkəzi”nə aparıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.