İsrailin Azərbaycan və İrana qarşı hərəkətləri Tehranın diqqət mərkəzindədir və İran lazımi vaxtda müvafiq addımlar atacaq.
Bunu İran hökumətinin sözçüsü Əli Bahadari Cəhromi mətbuat konfransında Azərbaycan rəsmilərinin İrana qarşı sərt mövqelərinə toxunaraq bildirib.
Cəhromi İran və Azərbaycan arasında qırılmaz əlaqələrin olduğunu qeyd edərək, “hər iki xalqın düşməni olan İsrail onların arasına girməyə çalışır” deyib.