Artsax XİN 2016-cı ildə Azərbaycanın Artsxa qarşı başlatdığı Dördgünlük müharibəsi ilə bağlı bəyanat yaydı. Bəyantda qeyd olunub, Azərbaycan 2016-cı ildə aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan hərbi əməliyyatların dayandırılması ilə bağlı 1994-cü ili tarxili bəyanatı kobud şəkildə pozaraq, ağır zirehli texnika, artilleriya və hərbi hava qüvvələri də daxil olmaqla, bütün hücum arsenalından istifadə edərək, Artsax Respublikasına qarşı tammiqyaslı hücuma keçdi.
“Azərbaycan hərbçiləri təkcə Artsax Müdafiə Ordusunun mövqelərinə hücum etməklə kifayətlənməyib, həm də sərhəd yaşayış məntəqələrini hədəfə alaraq, günahsız mülki əhali, o cümlədən qadınlar və uşaqlar öldürüb yaraladılar.
Aprel döyüşləri zamanı Azərbaycan silahlı qüvvələri də bir çox vəhşiliklər və hərbi cinayətlər törədib. Xüsusilə erməni hərbi əsirlərin və dinc əhali vəhşicəsinə qətlə yetirilib, həlak olanların cəsədləri işgəncələrə məruz qalıb, hərbçiləri başlarının kəsilməsi halları da var idi.
Bu amansız cinayətləri törədənlər sondra da Azərbaycanın ali rəhbərliyi tərəfindən dövlət tərəfindən dəstəklənib, onların cinayətləri Azərbaycan cəmiyyətində nümunəvi davranış kimi təqdim edilib.
Aprel təcavüzü Azərbaycanın sülh prosesini pozmaq və Azərbaycanın münaqişənin güc yolu ilə həll etmək məqsədlərini ortaya qoyub. Üstəlik, Azərbaycanın cinayət əməllərinin cəzasız qalması Azərbaycanın Artsaxa qarşı yeni təxribatları və təcavüzü üçün imkan yaratdı.
Nəticədə, dörd il sonra, 2020-ci il sentyabrın 27-də Azərbaycan Türkiyənin fəal dəstəyi və beynəlxalq terrorçu qrupların iştirakı ilə Artsaxa qarşı yeni genişmiqyaslı müharibəyə başladı, Artsax Respublikasının ərazisinin ərazisinin əhəmiyyətli hissəsini işğal etdi və etnik təmizləmə apardı.
Bu gün də tam cəzasızlıq şəraitində Azərbaycan Artsax xalqına qarşı təcavüzkar və terror siyasətini davam etdirir, 120.000 Artsax əhalisini 4 aya yaxın qanunsuz blokadada saxlayır, 9 noyabr 2020-ci il tarixli bəyanatların müdəalarını pozaraq həm Artsax Silahlı Qüvvələrinin hərbçilərini, həm də mülki əhalini hədəfə alır, yeni ərazilər və strateji yüksəkliklərini işğal edir Artsax xalqının əsas yaşayış şəraitini təmin edən infrastrukturların işini pozur.
Azərbaycan tərəfinin Artsax xalqına qarşı davam edən qeyri-qanuni hərəkətləri göstərir ki, bu ölkənin hakimiyyət orqanları öz beynəlxalq öhdəliklərini yerinə yetirmək niyyətində deyillər və Artsaxın işğal etmək üçün ardıcıl siyasət aparırlar.
Biz bir daha beynəlxalq ictimaiyyəti, ilk növbədə, BMT Təhlükəsizlik Şurasını Artsax xalqına qarşı Azərbaycanın apardığı etnik təmizləmə və soyqırım siyasətinin qarşısını almaq və münaqişənin hərtərəfli nizamlanmaya qədər Artsaxda normal həyatın təmin edilməsi mexanizmləri və təminatların tətbiqi istiqamətində təcili və təsirli addımlar atmağa çağırırıq.
Bu kontekstdə biz Artsax xalqı tərəfindən həyata keçirilən öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq səviyyədə tanınmasına əhəmiyyət veririk, bu da onların hüquqlarının, təhlükəsizliyinin və dinc inkişafının təmin edilməsi üçün zəruri ilkin şərtdir”.