Rusiya sülhməramlı qoşunları Dağlıq Qarabağın nəzarət zonasındakı vəziyyəti təqdim edərək qeyd ediblər ki, martın 31-də atəşkəs iki dəfə pozulub.
“Rusiya sülhməramlıları 30 müşahidə məntəqəsində sutka ərzində vəziyyətə və atəşkəs rejiminin saxlanmasına nəzarət edir.
Martuni rayonu ərazisində iki dəfə atəşkəs rejiminin pozulması faktı qeydə alınıb, itki və xəsarət alan olmayıb. Faktla bağlı Rusiya sülhməramlı qoşunlarının komandanlığı Azərbaycan və erməni tərəfləri ilə birgə araşdırma aparır”.