Nyu-York məhkəməsinin hakimləri ABŞ-ın keçmiş prezidenti Donald Trampın aktrisa Stormi Danielsə 130 min dollar ödənilməsində iştirakı ilə bağlı ittiham aktı çıxarıb. Bu barədə CNN xəbər verir.
Qeyd edilir ki, ABŞ tarixində ilk dəfə keçmiş prezident cinayət məsuliyyətinə cəlb oluna bilər.
İttihamnamənin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir. Prokurorların o vaxta qədər Trampdan mühakimə olunmasını xahiş edəcəyi gözlənilir. Donald Trampın özü isə hələ vəziyyəti şərh etməyib.
Nyu-York məhkəməsinin hakimlər heyətinin Donald Trampa qarşı ittihamı yaxın günlərdə açıqlanacaq.