Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Laçin dəhlizində yaradılmış vəziyyətə toxunub. O, Rusiya, Ermənistan və Azərbaycan nümayəndələri arasında Laçin dəhlizi ərazisində keçid məntəqəsinin yaradılması ilə bağlı müzakirələrin aparılıb-aparılmamasına dair sualına cavab olaraq qedy edib ki, yox, belə müzakirə olmayıb.
Mariya Zaxarova bildirdi ki, aprelin 6-7-də Sergey Lavrov Mövlud Çavuşoğlunun dəvəti ilə Türkiyəyə səfər edəcək. Tərəflər ikitərəfli maraq doğuran bir sıra məsələləri, o cümlədən enerji, ticarət və turizm sahələrində əməkdaşlığı müzakirə edəcək. Rusiya diplomatının səfərinin gündəmində Dağlıq Qarabağ münaqişəsi, Ukrayna və Suriyadakı inkişaflar də var.