“Ermənistanla Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalır”.
Bunu Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatının (KTMT) rəhbəri İmanqali Tasmaqambetov deyib.
“Ermənistan və Azərbaycan arasında uzun illər davam edən ziddiyyətlər nəticəsində Qafqaz regionunda gərginlik davam edir. Dağlıq Qarabağda və Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı risklər aktual olaraq qalır”, - o bildirib.
Cümə axşamı Azərbaycanın Müdafiə Nazirliyi silahlı qüvvələrinin Laçın rayonunun Ermənistanla sərhəddə yerləşən yüksəklikləri və ərazilərini nəzarətə götürdüyünü açıqlamışdı.