Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan şərti sərhədinə missiya göndərməyə hazırdır.
Bunu təşkilatın nümayəndəsi Yuri Şuvalov deyib.
O bildirib ki, KTMT Ermənistanın təhlükəsizliyi naminə bu addımı atmağa hazırdır.
KTMT rəsmisi əlavə edib ki, qurum digər yardım tədbirləri də göstərə bilər və bu sahədə problem yoxdur.