Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarının dəvəti ilə aprelin 6-7-də Türkiyəyə səfər edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
Onun sözlərinə görə, təmaslar zamanı ikitərəfli münasibətlər və onların perspektivləri, qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən ticarət, enerji sektoru, turizm sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.
"Mövcud regional və beynəlxalq gündəlikdəki məsələlər, o cümlədən Ukraynadakı vəziyyət, Suriya və Dağlıq Qarabağ məsələlərinin nizamlanması, Mərkəzi Asiya və Əfqanıstanla bağlı ətraflı fikir mübadiləsi aparılacaq", - deyə Zaxarova bildirib.