ER ərazi idarəetmə və infrastruktur naziri Gnel Sanosyan Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa və Şimali Atlantika Bürosunun regional direktoru Nikolia Rallonu qəbul edib.
Görüş zamanı Ermənistanın aviasiya sektorunun inkişafları və problemləri müzakirə olunub.
ER ərazisində digər hava limanlarının fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.
Nikolia Ralloy Ermənistanın aviasiyasının inkişafı istiqamətində həyata keçirdiyi səylərdən, o cümlədən beynəlxalq standartların tətbiqindən və ER aviasiya sektorunun qanunvericiliyinin beynəlxalq tələblərə uyğunlaşdırılmasından məmnunluğunu ifadə edib.