Ermənistan yeni hərbi əməkdaşlıq proqramı imzalamaqla Yunanıstanla əlaqələrini gücləndirir.
Martın 28-də Yunanıstan Silahlı Qüvvələrinin müttəfiq və dost ölkələrlə beynəlxalq əməkdaşlıq çərçivəsində və Milli Müdafiə Baş Qərargahının planlarına uyğun olaraq, ER MN Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyan və Yunanıstanın Milli Müdafiə Baş Qərargahının Beynəlxalq Əlaqələr İdarəsinin direktoru Vasilios Tsami arasında 2023-cü il üçün “Yunanıstan-Ermənistan Hərbi Əməkdaşlıq Proqramı” (Hərbi Əməkdaşlıq Proqramı) imzalanıb.
Proqrama 21 əməliyyat daxildir, onlardan 15-i Yunanıstanda, 6-sı Ermənistanda keçiriləcək.
Proqramın imzalanması Yunanıstan və Ermənistanın regionun sabitliyi və təhlükəsizliyinin təmin edilməsində rolunun gücləndirilməsinə töhfə verərərk, iki ölkə arasında güclü hərbi əlaqələri təsdiqləyir və onların silahlı qüvvələrinin əməliyyat imkanlarını və qarşılıqlı fəaliyyət səviyyəsini daha da gücləndirir.