Azərbaycan silahlı qüvvələri bu gecə Ağavno və Teğ kəndləri arasında olan Goris-Stepanakert avtomobil yolunu bağlayıb. Bu barədə Artsaxın Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Qapalı yoldan yan keçən Syunik rayonunun Teq-Kornidzor yolu artıq hazırdır, bu yol 2022-ci ildə istifadəyə verilən Kornidzor-Hin Şen yoluna birləşir. Ermənistan Respublikası tərəfindən Teğ-Kornidzor yolunun asfaltlanması işləri aparılır”.
Daxili İşlər Nazirliyi bildirir ki, Teğ-Kornidzor torpaq yolu keçmək üçün normal vəziyyətdədir və Artsaxın davam edən blokadasını nəzərə alaraq, Rusiya sülhməramlıları və Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən Artsaxa humanitar yardımların aparılması mümkündür.
O yol, Artsax Respublikasının sərhəddində, Hakari çayının körpüsünün yaxınlığında, Rusiya sülhməramlı qüvvələrinin nəzarətindədir.
Xatırladaq ki, 2022-ci il dekabrın 12-dən etibarən Azərbaycan tərəfi Artsaxı Ermənistanla birləşdirən dövlətlərarası avtomobil yolu Şuşi hissəsində bağlayıb.