Martın 30-da Martuni rayon şöbəsinə məlumat daxil olub ki, bu gün saat 10:35 radələrində Martuni rayonunun Berdaşen icmasının sakini, 29 yaşlı Hayk Zargaryan özünə məxsus “Belarus” markalı traktorla kənd təsərrüfatı işləri apararkən, Azərbaycan ordusunun hərbçiləri müxtəlif çaplı silahlarla traktora bitişik döyüş mövqelərindən atəş açıblar.
Kənd təsərrüfatı işləri dayandırılıb. Hadisə ilə bağlı məlumat Rusiya sülhməramlılarına ötürülüb. Bu barədə Artsaxın Daxili İşlər Nazirliyi məlumat yayıb.