Almaniyanın “Deutsche Welle” nəşri Ermənistanla Azərbaycan arasındakı münasibətlərə toxunub.
Dərc olunmuş məqalədə bildirilir ki, 2020-ci ildə əldə edilmiş atəşkəs kövrəkdir və mülki əhali Azərbaycan tərəfindən eskalasiyadan qorxur.
Aİ-nin Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində yerləşən missiyasının rəhbəri Markus Riter qeyd edib ki, bir çox ermənilər missiyanın yerləşdirilməsini məmnuniyyətlə qəbul etsələr də, onların müşahidəçilərinin Azərbaycan ərazisinə daxil olmasına icazə verilmir, ona görə də onlar məsələn, növbəti hücuma hazırlaşarkən qoşunların hərəkətini müşahidə edə bilmirlər.
“Bir çox ermənilər baharda Azərbaycan tərəfindən hücumun olacağına inanırlar. Əgər bu baş verməsə, bu, bizim missiyamızın artıq uğurlu olması demək olacaq”, - deyə o bildirib.