Avropa İttifaqı və Azərbaycan arasında güclü tərəfdaşlıq əlaqələri qurulur və Azərbaycan üzrə “Çevik Texniki Yardım Alətinin” (AZTAF) proqramının həyata keçirilməsi buna sübutdur. Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko proqramın icra tərəqqisinə dair illik toplantıda deyib.
“AZTAF bizim Azərbaycan hökuməti ilə yüksək beynəlxalq standartlara uyğun işləmək yollarından biridir”,- deyə o qeyd edərək AZTAF proqramının iqtisadi inkişafın dəstəklənməsi, enerji səmərəliliyi, mobillik və s. məqsədlərə xidmət etdiyini vurğulayıb.
"Bu proqramın müxtəlif nazirliklər və onların tabeliyində fəaliyyət göstərən agentliklər kimi bir çox benefisiarları var. Lakin AZTAF-ın əsas benefisiarı ölkə vətəndaşlarıdır", - səfir əlavə edib.