Martın 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla israilli həmkarı Eli Koen görüşüb.
Xatırladaq ki, bu gün İsraildə Azərbaycan səfirliyinin açılışı olacaq. Açılış mərasimində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin bir qrup deputatı və digər şəxslər iştirak edəcək.