ER Parlamentinin sədr müavini Ruben Rubinyan bu gün İspaniya Krallığının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Markos Qomes Martinesi (iqamətgahı: Moskva) qəbul edib.
Parlamentin sədr müavini İspaniyanın ölkəmizdə daimi nümayəndəliyinin açılmasını alqışlayıb və qeyd edib ki, bu da ikitərəfli əməkdaşlığın dərinləşməsinə töhfə verəcək.
Ruben Rubinyan səfirin xahişi ilə Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması prosesinin hazırkı vəziyyətini təqdim edib.
Regional təhlükəsizlik və ikitərəfli əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.