Artsax Xarici İşlər Nazirliyi Azərbaycan tərəfindən təmas xəttini pozması ilə bağlı bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, martın 25-də Azərbaycanın silahlı qüvvələri 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri növbəti dəfə kobud şəkildə pozaraq, Artsax Respublikasının silahlı qüvvələri ilə təmas xəttini keçərək Artsax ərazisində müəyyən mövqe irəliləyişini təmin edib.
“Azərbaycan bu cür hərəkətlərlə paytaxt Artsaxın blokadasını daha da dərinləşdirməyə və bu şəkildə Stepanakertlə respublikanın Şuşi rayonunun bir sıra kəndləri arasında yeganə əlaqəni kəsməyə çalışır.
Eyni zamanda, Azərbaycan tərəfi öz qanunsuz əməllərinə, təxribatlarına reallıqla heç bir əlaqəsi olmayan uydurma bəyanatlarla bəraət qazandırmağa çalışır. Gözləyirik ki, Rusiyanın sülhməramlı qüvvələri 9 noyabr 2020-ci tarixli müddəlarının növbəti dəfə pozulmasının nəticələrini, eləcə də yeni mümkün pozuntuların qarşısını almaq üçün əməli addımlar atacaq.
Belə bir şəraitdə Azərbaycanı hüquqi çərçivəyə qayıtmağa və beynəlxalq öhdəliklərini yerinə yetirməyə məcbur etmək üçün beynəlxalq ictimaiyyət vahid sərt mövqe nümayiş etdirməlidir.
Beynəlxalq ictimaiyyət və xüsusən də BMT Təhlükəsizlik Şurası Laçın dəhlizinin dərhal açılmasına və Azərbaycanın soyqırımı siyasətinin qarşısının alınmasına yönəlmiş konkret kollektiv addımlar atmalıdır”,- bəyanatda deyilir.