Azərbaycan 2020-ci ilin atəşkəs razılaşmasını aşkar şəkildə pozaraq Dağlıq Qarabağda humanitar böhrana səbəb olur və növbəti dəfə qonşu Ermənistanı hərbi təcavüzlə hədələyir. Rusiyanın kömək edə bilməyəcəyi və ya istəmədiyi bir şəraitdə Avropa İttifaqı Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında daha böyük rol oynamalıdır. Bu barədə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin “Project Syndicate” jurnalındakı geniş məqaləsində qeyd olunur.
Onun sözlərinə görə, dünyanın diqqəti haqlı olaraq Ukraynadakı müharibəyə yönəlib, lakin bu, Avropanın astanasında yaranan növbəti böhrana göz yummaq üçün bəhanə deyil.
“Ermənistanla Azərbaycan arasında gərginlik yenidən artır və bu, yeni müharibə ehtimalını artırır”.
Rasmussen qeyd edib ki, keçən həftə Dağlıq Qarabağın etnik erməni əhalisini Ermənistan və xarici dünya ilə birləşdirən yeganə yol olan Laçın dəhlizində oldu və Azərbaycan tərəfindən dəhlizin qeyri-qanuni bağlanmasına dair təffərüatlar təqdim edib.
BMT Beynəlxalq Məhkəməsi fevralın 22-də Azərbaycandan dəhlizin blokadasını aradan qaldırmaq üçün bütün lazımi addımları atmağı tələb edən sərəncama toxunaraq, Rasmussen vurğulayıb ki, heç nə dəyişməyib və Avropa və bütün beynəlxalq ictimaiyyət dəhlizin açılması üçün Azərbaycana təzyiq etməsə, indiki humanitar böhran humanitar fəlakətə çevrilə bilər.
“Azərbaycan Dağlıq Qarabağı boğmaq üçün blokadadan və digər vasitələrdən istifadə edir. Sakinlərin evlərinə qayıtmasının qarşısı alınır, xəbərdarlıq və izahat olmadan müntəzəm olaraq qaz və işıq kəsilir. Aydındır ki, bütün bunların məqsədi erməni əhalisinin həyatını mümkün qədər çətinləşdirməkdir və gözlənilən etnik təmizləmənin ciddi təhlükəsi var”- deyə o qeyd edib.
Onun sözlərincə, beynəlxalq ictimaiyyətin əsas vəzifəsi BMT və ya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının himayəsi altında Laçın dəhlizinə faktaraşdırıcı missiya göndərməkdir.
“Yaxın aylarda Azərbaycanın Ermənistana hücumunun yenidən başlayacağını istisna etmək olmaz. Ermənistanın təhlükəsizliyinin ənənəvi qarantı olan Rusiya kömək etmək iqtidarında olmadığından və ya kömək etmək istəmədiyindən, Avropa İttifaqı regionda sülhün və sabitliyin qorunmasında daha böyük rol oynamalıdır. Həm Avropa Şurasının prezidenti Şarl Mişel, həm də Fransa prezidenti Emmanuel Makron bunu etiraf edib və bu məsələyə böyük siyasi kapital yatırıblar”,- deyə Rasmussen vurğulayıb.