Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ER-Avropa İttifaqının Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin 2-ci ildönümündə ER-nin Belçikadakı səfirliyində təşkil olunan tədbirdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına toxunub.
“Ermənistan-Avropa İttifaqı sazişinin 2-ci ildönümü münasibətilə keçirilən tədbirə ev sahibliyi etdiyi üçün səfir Anna Ağacanyana təşəkkür edirəm. Aİ Ermənistanla tərəfdaşlığa və sülhsevər və firavan Cənubi Qafqazın qurulmasına sadiqdir. Biz sabit, hərtərəfli və ədalətli sülhə nail olmaq üçün Ermənistan və Azərbaycanı dəstəkləyirik”, - Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Twitter mikrobloqunda yazıb.