İsmayıllı rayonunda 4,2 maqnitudada zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Zəlzələ yerli vaxtla saat 11:09-da İsmayıllı stansiyasından 6 km şimalda qeydə alınıb.
Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.