Martın 29-da İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskavaya işgüzar səfərə gedəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib. O, Sergey Lavrov və Hüseyn Əmir Abdullahian arasında danışıqların martın 29-da keçiriləcəyini söyləyib.
O bildirib ki, Lavrov-Abdullahian danışıqlarında iki ölkə arasında münasibətlər, İranın nüvə proqramı, Suriya, Əfqanıstan, Yaxın Şərq, Cənubi Qafqazdakı vəziyyəti və Xəzər problematikası müzakirə olunacaq.
Nazirlər İranla Aİİ arasında azad ticarət sazişinin bağlanmasına da toxunacaqlar.