Ermənistan və Azərbaycandan olan qaçqınların əvvəlki yaşayış yerlərinə qayıtması məsələsi kifayət qədər həssasdır və bu məsələyə tərəflər arasında dialoq çərçivəsində, iki xalqın barışması kontekstində baxılmalıdır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib və əlavə edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesinin əsasını üçtərəfli bəyanatlar təşkil edir ki, bunlara da humanitar komponenti də daxildir.
"Bu günün əsas problemi Yerevan və Bakının bu razılaşmaları ardıcıl şəkildə yerinə yetirməsidir", - deyə Zaxarova qeyd edib.