Rusiya müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akarla Dağlıq Qarabağ məsələsini müzakirə edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirlər taxıl sövdələşməsini həmçinin Suriya məsələsini müzakirə ediblər.
Qeyd olunub ki, söhbət Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.