Artsaxın xarici işlər naziri Sergey Ğazaryan bu gün çağırılan onlayn mətbuat konfransında Stepanakert-Bakı dialoquna istinad edərək, hansı halda görüşlərin danışıqlara çevrilə biləcəyi sualına cavab verib.
“Bildiyiniz kimi, 44 günlük müharibədən sonra Rusiya sülhməramlılarının vasitəçiliyi ilə texniki və humanitar məsələlərlə bağlı oxşar görüşlər keçirilib. Azərbaycan tərəfi son görüşün gündəliyini təhrif etməyə çalışıb.
Həmin görüşün keçirilməsində məqsəd blokada şəraitindən yaranan elektrik enerjisi və qaz təchizatı ilə bağlı məsələlərin müzakirəsi olub. Eyni zamanda, Rusiya sülhməramlılarının vasitəçiliyi ilə qeyd olunan məsələlərin həlli üçün eyni formatda görüşlər keçirməyə hazırıq.
Tam danışıqlar prosesinə gəlincə, biz dəfələrlə qeyd etmişik ki, belə görüşlər yalnız beynəlxalq formatda baş tuta bilər”.
Artsaxın Xarici İşlər Naziri əlavə edib ki, üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsinə təminat lazımdır.