Almaniya Bundestaqının xarici əlaqələr komitəsinin sədri Mixayel Rot Azərbaycanı Dağlıq Qarabağı blokadada almaqda ittiham edərək, Bakının regionda daha aqressiv davranmağa başladığını bildirib.
“Avropa İttifaqı regiondakı siyasətinə yenidən baxmalıdır. Rusiyanın zəifliyinin yaratdığı boşluğu doldurmalıdır. Demokratiya, azadlıq və təhlükəsizlik eyni medalın iki üzüdür. Aİ və onun üzv ölkələri bu məqsədlərin hər ikisinə nail olmaq üçün daha çox iş görməlidirlər”, - Rot “Twitter” hesabında yazıb.