Laçın dəhlizinin qanunsuz blokadasının 100-cü günündə Azərbaycan DQ-ya qazın verilişini 13-cü dəfə kəsib. Bu barədə ER Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
“Bundan əvvəl isə, Azərbaycan rəhbərinin Dağlıq Qarabağın etnik təmizləməyə məruz qalmış Talış kəndində aqressiv çıxışı olub. Talış kəndində baş verənlər Azərbaycanın həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin əsaslı sübutudur”,-Paşinyan qeyd etdi.
Baş nazir vurğulayıb ki, Azərbaycan həmin kənddə ermənilərə məxsus, 44 günlük müharibə nəticəsində boşalmış evləri sökür, onların yerində azərbaycanlılar üçün nəzərdə tutulmuş evlər tikir.
“Azərbaycan rəhbərliyi bu şəkildə Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təminatı və ya “inteqrasiya” modelini göstərir: mülkiyyət hüququ ilə ermənilərə məxsus evləri sökür, onların yerinə azərbaycanlılar üçün nəzərdə tutulmuş evlər tikir, qədim abidələrdən ermənicə yazıları silir və məsələni həll olunmuş hesab edir.
Bu hərəkətlər qanunsuzdur və 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərinə ziddir, çünki bəyanatda deyilir ki, “məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik rayonlara qayıdırlar”.
Bu o deməkdir ki, 18 mart erməni əhalisinin evlərinin sökülməsi vandal aktı ilə yox, Talışa qayıtması ilə əlamətdar olmalı idi.
Azərbaycan rəhbərliyinin bu hərəkətlərindən sonra Dağlıq Qarabağdan və bitişik rayonlardan didərgin düşmüş soydaşlarımız 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı imzalayan dövlətlərin rəhbərlərindən, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından üçtərəfli bəyanatla üzərinə götürdükləri humanitar hüquq öhdəliklərinə uyğun olaraq, Dağlıq Qarabağdan və bitişik rayonlardan mühacirət etmiş ermənilərin öz tarixi torpaqlarına və keçmiş yaşayış məntəqələrinə təhlükəsiz və ləyaqətlə qayıtmasını təmin etmələrini tələb edən bəyanatla çıxış etdilər.
Sözügedən bəyanatı imzalyanlardan biri olaraq mən açıq şəkildə vurğulamaq istəyirəm ki, sözügedən tələbi ədalətli hesab edirəm və ER hökuməti bəyanatın müəlliflərinin hüquqlarını qorumaq üçün bütün siyasi və diplomatik tədbirləri görməlidir”, - Paşinyan bildirib.