Jurnalist ABŞ dövlət katibinin mətbuat katibinin müavini Vedant Pateldən keçən həftə baş məsləhətçinin bölgədə olması və tərəflərlə əməkdaşlıq etdiyi halda niyə dövlət katibinin Yerevan və Bakıya zəngləri zamanı tərəflərə sülh danışıqlarında ABŞ-ın əlavə yardımını təklif etməsinin səbəbini izah etməyi xahiş edib.
“O, ABŞ-ın bu əməliyyatlarda köməyinə davamlı dəstəyini təklif etdi, biz bunun tərəfdarıyıq. Bu, katib Blinkenin, səfir Rikerin və indi də Lou Bononun əməyi sayəsindədir”, - Patel cavab verdi.
Jurnalist dövlət katibinin Azərbaycanda insan haqları ilə bağlı məsələlərini lqaldırıb-qaldırmadığı sualına cavab olaraq Pate l qeyd etdi ki, Amerika tərəfi bütün tərəfdaşları, o cümlədən Cənubi Qafqazda insan haqları məsələsini müntəzəm olaraq qaldırır.