Ağ Ev Azərbaycan və Ermənistanı eskalasiyanı azaltmağa çağırıb.
"Biz bütün tərəfləri gərginliyi azaltmağa çağırırıq. Biz heç bir zorakılıq istəmirik və bütün tərəflərin gərginliyin azaldılması və zorakılığa son qoyulması üçün müvafiq addımlar atmasını istəyirik", - Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.
Eyni zamanda, o, ABŞ-ın Qarabağ bölgəsində 2000 rus hərbçisinin olmasından narahat olub-olmaması ilə bağlı sualı şərh etməyib.