Biz Laçın dəhlizində Azərbaycan keçid məntəqəsinin yaradılması ilə bağlı danışıqlar aparmırıq. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parlament-Hökumətin sual-cavab sessiyası zamanı deyib.
“Ermənistan hesab edir ki, Laçın dəhlizi və onun rejimi ilə bağlı danışıqlar çoxdan başa çatıb və Razılaşmalar 20 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb, buna əsasən, Laçın dəhlizi Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altındadır və Azərbaycan dəhliz vasitəsilə ikitərəfli nəqliyyatın fasiləsiz həyata keçirilməsinə təminat verir.
Bu qeydə alınmış razılaşmadır. Biz burada növbəti danışıqların məqsədəuyğunluğuna şübhə yaratmalıyıq”, - deyə nazir bildirib.