Bu gün Martuni rayonu polis şöbəsinin hissəsinə məlumat daxil olub ki, səhər saat 09:30 radələrində Çartar şəhər sakinləri H. Harutyunyan, A. Qahramanyan, M. Civanyan, Q. Qukasyan, K. Davtyan, A. Adamyan və D. Davtyan Çartar şəhərinin inzibati ərazisindəki Klazin Dzor ərazisində yerləşən üzüm bağlarında kənd təsərrüfatı işləri görərkən Azərbaycan silahlı qüvvələri tərəfindən atəşə tutulublar.
Bağlara bitişik Azərbaycan ordusunun mövqeləri müxtəlif növ odlu silahlardan mülki əhalini nizamsız olaraq atəşə tutub, nəticədə kənd təsərrüfatı işləri dayandırılıb.
Məlumat Rusiya sülhməramlı qüvvələrinə ötürülüb.