Martın 21-də saat 12:20 radələrində ER Silahlı Qüvvələrinin hərbçisi M. G. avtomobillə döyüş bazasına ərzaq daşıyarkən, zəif görmə və duman şəraitində, ilkin məlumatlara görə, yolunu azıb və avtomobillə Azərbaycanın nəzarətində olan əraziyə keçib.
Dərhal axtarış-xilasetmə işlərinə başlanılıb, hərbçinin Azərbaycanın nəzarətində olan ərazidə olmasını təsdiqləmək və geri qaytarmaq üçün tədbirlər görülür.
Bu barədə Ermənistan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.