İran xarici işlər nazirinin müavini Əli Baqeri Ermənistana səfəri barədə özünün Twitter mikrobloqunda məlumat verib.
“Yeni ilin ilk günü qonşuluq siyasətinin gücləndirilməsinə və Qafqaz regionuna üstünlük verilməsinə yönəlmiş diplomatik sistemin sürətli hərəkəti ilə başladı. Erməni həmkarımın dəvəti ilə Yerevana iki günlük işgüzar səfərə gedirəm”, - İran rəsmisi yazıb.