Çin Sədri Si Cinpin Rusiya Prezidenti Vladimir Putinlə Ukraynanı müzakirə edib.
“Çin Ukrayna məsələsinin siyasi həllinin təşviqində qurucu rol oynamağa davam edəcək”, - Si Cinpin bildirib.
Öz növbəsində Putin bildirib ki, “Rusiya Çinin sülh planını diqqətlə öyrənib və danışıqlara açıqdır”.
Xatırladaq ki, martın 20-də Çin Sədri Si Cinpinin Rusiyaya dövlət səfəri başlayıb. Eyni gün Çin rəhbəri ilə Rusiya Prezidenti Vladimir Putin arasında qeyri-formal görüş baş tutub. Danışıqlar 4,5 saat davam edib. Si Cinpinin Rusiyaya səfəri martın 22-dək davam edəcək.