Rusiya Baş naziri Mixail Mişustin Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşüb.
Görüş Rusiya Federasiyasının Hökumət Evində keçirilir.
Qeyd edək ki, Si Cinpin martın 20-də Moskvaya səfər edib. Səfərin birinci günündə Çin lideri Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Kremldə keçirilən qeyri-rəsmi danışıqlar 4,5 saat çəkib.
Bu gün isə Si Cinpinin Putinlə rəsmi danışıqları keçiriləcək.