Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Brüsseldə görüşüb.
Görüşün məzmunu ilə bağlı təfərrüatlar açıqlanmır, Türkiyə tərəfinin məlumatına görə, regional və ikitərəfli maraq doğuran məsələlər müzakirə edilib.
Klaar “Twitter” mikrobloqunda yazıb: "Bu gün Brüsseldə Mövlud Çavuşoğlu ilə görüşmək mənim üçün böyük şərəfdir".