ABŞ Dövlət Departamenti Azərbaycanda qeyri-qanuni və ya özbaşına qətllər, işgəncələr və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan hərəkətlər və bununla bağlı sui-istifadə hallarını, habelə ölkədəki həbsxanalarda ağır şərait faktları qeyd edir. Bu barədə “TURAN” informasiya agentliyi Dövlət Departamentinin hesabatına istinadən bildirdi.
Hesabatda Azərbaycanda əsassız həbslər, siyasi məhbuslar, söz və media azadlığına ciddi məhdudiyyətlər və digər insan hüquqları pozuntuları barədə qeyd olunur.
Hesabatda hökümətin sistemli korrupsiyasına və gender zorakılığa görə tədbir olmamasına da istinad edilir.