Bu gün Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında görüş keçirilib. Lavrov erməni həmkarının Moskvaya səfərini alqışlayıb və tərəflərin geniş gündəliyinin olduğunu bildirib. O, regional təhlükəsizlik məsələsini, Laçın dəhlizinin həllini və ümumiyyətlə, Dağlıq Qarabağdakı vəziyyəti prioritet hesab edib.
Lavrov Rusiya, Ermənistan və Azərbaycan liderlərinin qəbul etdiyi üçtərəfli bəyanatın iqtisadiyyat, hərbi siyasət və beynəlxalq hüquq sahələrində vəziyyətin sabitliyini təmin etmək üçün bütün qərarların həyata keçirilməsində əsas rol oynadığına əminliyini ifadə edib.
“Üçtərəfli bəyanatda qeyd olunduğu kimi, nəqliyyat kommunikasiyalarının blokunun açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sülh sazişinin parametrləri üzrə razılaşmanı dəstəkləməyə hazırıq”, - deyə Rusiya XİN rəhbəri bildirib.