Rusiya və Ermənistan xarici işlər nazirləri Lavrov və Mirzoyan arasında keçirilən görüşdə Ermənistanın xarici işlər naziri regiondakı vəziyyətin gərginliyinə toxunub.
“Azərbaycanın ali rəhbərliyinin aqressiv ritorikası və təkcə Dağlıq Qarabağa deyil, həm də Ermənistanın suveren ərazisinə qarşı hərbi təxribatlar fonunda regionda vəziyyət daha da gərginləşir. Azərbaycan tərəfindən üçtərəfli bəyanatı pozaraq Laçın dəhlizinin bağlanması, elektrik enerjisinin verilişində qəsdən fasilələr verilməsi rəsmi Bakının məqsədinin Dağlıq Qarabağda etnik təmizləmə aparmaq olduğunu təsdiqləyir.
Bütün bunların fonunda həm 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq əldə edilmiş razılaşmaların yerinə yetirilməsi, həm də fevralın 22-də Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsinin qəbul etdiyi qərara uyğun olaraq Laçın dəhlizinin açılması vacibdir.
Təəssüflər olsun ki, praktikada üçtərəfli bəyanatda Azərbaycanın pozmadığı bənd qalmayıb: atəşkəs rejiminin davamlı şəkildə pozulması, ER ərazisinin işğalı, Laçın dəhlizinin qanunsuz blokadası, erməni əsirlərin saxlanması, regional kommunikasiyaların açılmasına, Azərbaycanın nəzarəti altında olan ərazilərə erməni sakinlərinin qayıtmasına maneçilik törədilməsi. Bundan başqa, Azərbaycan tərəfi davamlı təxribatlarla regionda sabit və davamlı sülhün bərqərar olması səylərini torpeda edir. Bu kontekstdə Azərbaycan tərəfindən öz öhdəliklərini yerinə yetirilməsi və güc tətbiq etmək və güc tətbiq etməklə hədələmək taktikasını dayandırılması üçün müttəfiqlər və tərəfdaşlar tərəfindən fəal addımlar atılmasının vacibliyini vurğulamaq istərdim”, - deyə Ararat Mirzoyan bildirib.