Beynəlxalq Ədalət Məhkəməsinin Laçın dəhlizinin açılması ilə bağlı qərarı BMT Nizamnaməsinə, eləcə də Məhkəmənin Nizamnaməsinə uyğun olaraq hüquqi qüvvəyə malikdir. Bunu Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeğişe Kirakosyan parlamentin Dövlət-Hüquq Məsələləri Komitəsinin iclasında deyib.
“Təəssüf ki, Azərbaycanın bu qərarına məhəl qoymadığı, ən yüksəkdən tutmuş bütün səviyyələrdə qərarın məzmununu təhrif etməyə çalışdığı reallıqla üzləşirik.
Bu, bu yaxınlarda Azərbaycanın xarici işlər nazirinin BMT-nin baş katibinə ünvanlanmış məktubunda da öz əksini tapıb. Nazirimizin də buna cavab məktubu olub”, - Kirakosyan bildirib.
Xatırladaq ki, Ermənistan beynəlxalq məhkəmədən Azərbaycanı Laçın dəhlizinin açılmasına məcbur etməyi tələb etmişdi. Məhkəmə Ermənistanın müvəqqəti tədbir görülməsi ilə bağlı vəsatətini təmin edib