Dağlıq Qarabağdan məcburi köçkün düşmüş erməni əhalisinin nümayəndələri bəyanat yayaraq qeyd edib ki, 2020-ci ilin 44 günlük müharibəsi və Azərbaycanın həyata keçirdiyi məcburi deportasiya nəticəsində Dağlıq Qarabağın Hadrut, Şuşi, Askeran, Martuni və Martakert rayonlarından on minlərlə erməni əhalisi hazırda öz vətənlərində yaşamaq hüququndan məhrumdurlar.
Bəyanatda deyilir.
“Hələ 1990-cı illərdə Şahumyan rayonunun, Getaşen yarımrayonunun on minlərlə erməni əhalisi Azərbaycan tərəfindən deportasiya edilib.
Bu arada, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 7-ci bəndində Ermənistan Respublikası, Azərbaycan Respublikası və Rusiya Federasiyasının rəhbərləri Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında məcburi köçkünlərin və qaçqınların Dağlıq Qarabağa və bitişik rayonlara qayıtmasını təmin etmək öhdəliyi götürüblər, lakin bu, indiyə qədər olmayıb.
Dağlıq Qarabağdan məcburi köçkün əhalinin hüquqlarının bərpası zərurətini, habelə Azərbaycanın 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının 7-ci bəndinə əsasən üzərinə götürdüyü öhdəlikləri nəzərə alaraq, bu məktubla Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdən erməni qaçqınlarının pozulmuş hüquqlarının bərpa edilməsinin təxirəsalınmaz vacibliyini tanımağı, üzərinə götürdüyü öhdəliklərə və insan və humanitar hüquqa uyğun olaraq, onların tarixi torpaqlarına və keçmiş yaşayış məntəqələrinə təhlükəsiz və ləyaqətli qayıtmasını təmin etməyi tələb edirik.
Biz Ermənistan Respublikasının baş naziri Nikol Paşinyana 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatı imzalayan tərəf olaraq Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsini təmin etməyə yönələcək bütün beynəlxalq hüquqi və siyasi mexanizmlərin həyata keçirilməsinə ardıcıl yanaşma nümayiş etdirməyə çağırırıq. Eyni zamanda, qaçqınların hüquq və mənafelərinin daha səmərəli müdafiəsi, onların qanuni tələblərinin səsləndirilməsi və təşviqi üçün əlavə mexanizmlər yaratmağı xahiş edirik.
Biz Rusiya Federasiyasının prezidenti Vladimir Putini bəyanatı imzalayan dövlət başçısı olma və bununla bəyanatın tələblərinin icrasının təminatçısı olma vəziyyətini nəzərə alınmaqla, beynəlxalq hüquqla müəyyən edilmiş çərçivələr və bütün mümkün siyasi rıçaqlarla 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tələblərinin həyata keçirilməsini təmin etməyə çağırırıq.
Biz BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filipp Qrandiyə Azərbaycanın nəzarəti altında olan ərazilərdən köçkün düşmüş erməni əhalisinin geri qayıtmasını təşkil etmək, nəzarət etmək və təmin etmək, habelə onların təhlükəsizliyi üçün effektiv və tətbiq olunan beynəlxalq təminatların həyata keçirilməsinə, o cümlədən sülhmərmalı qüvvələrin yerləşdirilməsinə dəstək vermək üçün müraciət edirik.
Eyni zamanda, Ali Komissarın diqqətinə çatdırırıq ki, hazırda Azərbaycan hakimiyyəti azərbaycanlıların yaşayış məntəqələrimizə qeyri-qanuni köçürülməsi proqramlarını həyata keçirərək, geri qayıtmağımıza mane olur və əmlakımızı qanunsuz ələ keçirir.
Bu məktubu 2020-ci ilin 44 günlük və Birinci Dağlıq Qarabağ müharibəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanların yaratdığı, onların mənafeyini təmsil edən, hüquqlarını qoruyan və adından fəaliyyət göstərən təşkilatlar kimi təqdim edirik.
"DQR Qaçqınlar İttifaqı" QHT – Saro Saroyan
"Analıq" QHT - Hasmik Mikayelyan
"Kaçar Elmi Mərkəzi" QHT - Mher Harutyunyan
"Qadınlara və Uşaqlara Dəstək və İnkişaf Mərkəzi" QHT - İnessa Asryan
"Ədalət Uğrunda Qaçqınlar Birliyi" QHT - Anjela Tamrazyan
“Qaçqın Qadınlar Assosiasiyası” QHT- Ruzanna Avagyan
"Bizim Evimiz" QHT - Anahit Tovmasyan
"Hadrutun deokupasiyası" QHT - Meri Davtyan
"Hadrut Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzi" QHT - İra Tamrazyan”.