Görüşdən sonra Rusiya xarici işlər naziri Lavrovun və Ermənistanın xarici işlər naziri Mirzoyanın mətbuat konfransı keçirilib.
“Biz çox zəngin danışıqlar apardıq, bütün sahələrdə ikitərəfli münasibətlərin bütün sistemini müzakirə etdik: regional, beynəlxalq məsələlər və strateji tərəfdaşlığımızın gələcək yollarını müəyyən etdik.
Cənubi Qafqazdakı narahatedici vəziyyətdən danışdıq. Biz Qərbin Rusiya və Ermənistanı bir-birinə qarşı çevirmək, regionun təhlükəsizliyini pozmaq kimi ört-basdır etmək istəyini görürük ki, bu da region dövlətləri naminə deyil, öz geosiyasi maraqları naminə edilir. Əminəm ki, bu cür cəhdlər uğursuzluğa məhkumdur.
Biz Laçın dəhlizində və bütün Qarabağda vəziyyətin nizamlanması yollarını ətraflı müzakirə etdik, üçtərəfli razılaşmalrın bütün istiqamətləri üzrə danışıqlar prosesinin bərpasını vurğuladıq. Ümid edirik ki, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılması istiqamətində gördüyümüz işlər üç dövlətin baş nazirinin müavinlərinə tezliklə müəyyən razılaşmalar əldə etməyə kömək edəcək.
Biz Rusiyanın dəstəyi ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına yönəlmiş fəaliyyəti aktivləşdirməyə çalışırıq. Rusiya tərəfi Yerevanla Bakı arasında sülh müqaviləsini dəstəkləməyə hazırdır. Mən bugünkü danışıqların nəticələrindən məmnunam. Biz səmimi idik və əminəm ki, bu görüş dövlətlərimiz arasında qarşılıqlı anlaşmaya və əlaqələrin dərinləşməsinə, eləcə də Cənubi Qafqazda sabitliyin bərqərar olmasına daha çox töhfə verəcək”, - Rusiya XİN rəhbəri giriş sözündə bildirib.