Finlandiyanın NATO-ya üzvlüyünə dair protokol Türkiyə Böyük Millət Məclisinə təqdim olunub.
Türkiyə KİV-ləri yazır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sənədi imzalayaraq Türkiyə parlamentinə təqdim edib.
Eyni zamanda, sözügedən protokolun təsdiqlənməsinin uyğun olduğuna dair qanun təklifi parlamentin Xarici işlər komissiyasına həvalə edilib.