Artsax Xarici İşlər Nazirliyi Avropa Parlamenti tərəfindən Aİ-Ermənistan və Aİ-Azərbaycan münasibətləri ilə bağlı qətnamələrin qəbul edilməsinə münasibət bildirib.
"Biz Avropa Parlamentinin 15 mart 2023-cü il tarixində qəbul etdiyi qətnamələrdə Azərbaycan hakimiyyətinə 2020-ci il noyabrın 9-da imzalanmış bəyanata uyğun olaraq Laçın dəhlizi ilə sərbəst və təhlükəsiz hərəkəti təmin etmək və BMT Bəynəlxalq Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə müəyyən edilmiş öhdəlikləri yerinə yetirməklə bağlı edilən çağırışları alqışlayırıq
Avropa Parlamentinin Aİ Şurasına çağırışına dəstəyimizi bildiririk ki, əgər Beynəlxalq Ədalət Məhəmənin 22 fevral 2023-cü il tarixli qərarı dərhal yerinə yetirilməzsə, Azərbaycan hökumət rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməlidir.
Avropa Parlamentinin qətnamələrində üç onillikdən çox davam edən və minlərlə insanın həlak olması və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələnən Azərbaycan-Qarabağ münaqişəsinin həll olunmammış qalmasının qəbulu vacibdi”.
Bəyanatda qeyd olunur ki, hərtərəfli sülhə nail olmaq üçün bütün şiddətləri dayandırmaq və münaqişənin əsas səbəblərini aradan qaldırmaq lazımdır.