Avropanın “Orer” jurnalı xəbər verir ki, Kataloniya parlamenti Azərbaycandan Dağlıq Qarabağda və Ermənistanla sərhəddə hərbi əməliyyatları dayandırmağı tələb edən bəyanat yayıb.
Parlament Azərbaycanın sabitliyi pozan hərəkətləri və Ermənistanın sərhədini mütəmadi olaraq pozması ilə bağlı narahatlığını ifadə edib, Azərbaycandan Dağlıq Qarabağda hərbi əməliyyatları dayandırmağı, Ermənistanın sərhədlərini pozmaqdan çəkinməyi, 2020-ci il üçtərəfli bəyanatlaə müəyyən edilmiş atəşkəs rejimini saxlamağı tələb edib.
Kataloniya qanunverici orqanı Avropa İttifaqından regionda ədalətli və davamlı sülhə nail olmaq üçün öz təsir rıçaqlarından istifadə etməyi xahiş edib. O, həmçinin Azərbaycana silah satışının dərhal dayandırılmasını tələb edib.
Kataloniyalı deputatlar həmçinin Azərbaycanı erməni hərbi əsirləri dərhal azad etməyə çağırıblar.