ER Baş naziri Nikol Paşinyan bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi İmanqali Tasmaqambetovu qəbul edib.
Baş nazir İ. Tasmaqambetovu KTMT-nin baş katibi vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edir və ona səmərəli fəaliyyət arzulayır.
Həmsöhbətlər KTMT-nin məsuliyyət zonasında mövcud vəziyyət, regional hadisələr və təhlükəsizlik çağırışları barədə fikir mübadiləsi aparıblar.
Bu kontekstdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və KTMT-nin kollektiv müdafiə mexanizmləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub.