ER xarici işlər naziri Ararat Mirzoyan bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi İmanqali Tasmaqambetovu qəbul edib.
Həmsöhbətlər regionda mövcud hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın KTMT üzvü olan Ermənistanın suveren ərazisinə qarşı həyata keçirdiyi hərbi təcavüzə təşkilatın aydın və müvafiq verməsinin vacibliyini vurğulayıb.
Azərbaycanın Laçın dəhlizinin qarşısını alması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar vəziyyətə toxunulub. Xarici işlər naziri vurğulayıb ki, 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarının və fevralın 22-də Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycana qarşı təcili tədbirlərin tətbiqi ilə bağlı qəbul etdiyi qərarın icrasının vacibliyini qeyd edib.
Görüşdə KTMT-nin baş katibi bir gün əvvəl Cermuk şəhərinə səfərinin təəssüratlarını təqdim edib.
XİN rəhbəri vurğulayıb ki, Azərbaycan tərəfi davamlı təxribatları ilə regionda sülh və sabitliyin bərqərar olması səylərinə mane olur, Azərbaycanın ritorikası isə Ermənistan Respublikasının suveren ərazisinə, eləcə də Dağlıq Qarabağa qarşı irimiqyaslı güc tətbiqi üçün zəmin hazırlamağa yönəlib. Bu kontekstdə Ermənistan Respublikasının müttəfiqləri və tərəfdaşları tərəfindən Azərbaycan tərəfindən öhdəliklərinin yerinə yetirilməsi və güc tətbiqinin təzahürlərinin istisna edilməsi istiqamətində fəal addımların atılmasının zəruriliyi vurğulanıb.