Dağlıq Qarabağın Martuni rayonu ərazisində atəşkəs rejiminin pozulması faktı qeydə alınıb.
Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin gündəlik bülletenində deyilir. Atəşkəsin pozulması nəticəsində zərərçəkən olmayıb.
Faktla bağlı Rusiya sülhməramlı missiyasının komandanlığı Ermənistan və Azərbaycan tərəfləri ilə birgə araşdırma aparır.